ANS-ə pornoqrafiya sözü yaraşdırıla bilməz-İLHAMƏ
"Azərbaycanın heç bir kanalına pornoqrafiya sözü yaraşmır, o da ola ANS...".
Vətəninfo.az xəbər verir ki, bu sözləri Xalq artisti İlhamə Quliyeva bildirib.
"ANS kanalına, onun rəhbərliyinə çox böyük hörmətim var"-deyən "Şöhrət" ordenli İlhamə Quliyeva əlavə edib ki, kanal rəhbəri olmaq məsuliyyətli işdir və onların çox ağır yükü var. "Amma layiqincə öz missiyalarını yerinə yetirirlər. Mənim Azərbaycan dövlətçiliyinə xidmət edənlərə böyük hörmətim var. Həm də bilin ki, o kanalda Çingiz Mustafayevin ruhu var".
Vətəninfo.az