ANS-lə bağlı daha bir bəyanat yayıldı

ANS-lə bağlı daha bir bəyanat yayıldı

Vətəninfo.az xəbər verir ki, Kanada-Kvebek Azərbaycanlıları Assosiasiyasının Prezidenti Məsud Əliyev ANS televizuyası ilə bağlı bəyanat yayıb.

 

Bəyanatda deyilir ki, biz vətəndən uzaqda yaşasaq da, ANS-lə fəxr edirlər.


"Ölkəmizdə baş verən ictimai-siyasi proseslərə son dərəcə həssas yanaşırıq. Son günlər ANS Televiziyası ilə Milli Televiziya və Radio Şurası arasında yaşanan zidiyyətlər bir həmvətən kimi bizi də narahat edir. Əvvəla onu deyək ki, biz ANS-in iş prinsipinə bələdik. ANS müstəqillik tarixinin, Azərbaycanın keşiyində dayanan bir kanaldır. Biz həmişə bu kanalın nailiyyətləri ilə, vətəndən uzaqda olsaq da fəxr etmişik. ANS-in verilişlərini izləyirik. Ölkəmiz haqqında ən dəqiq, qərəzsiz və operativ xəbərləri ANS-dən alırıq. Buna alışmışıq. Biz ANS-in layihələrini bəyənirik. Xüsusilə "Axtarıram səni” layihəsini ona görə təqdirə layiq hesab edirik ki, o soydaşlarımızı dünyanın müxtəlif tərəflərinə axtarır, tapır, onları öz ailələrinə qovuşdurur. Qürbətin və vətən həsrətinin nə demək olduğunu biz daha yaxşı bilirik. İndi görək Milli Teleradio Şurası adlı qurum nə işlə məşğuldur? İnsanları bir-birinə qovuşduran verilişi bağlamaq hansı məntiqə uyğundur? Bir əcnəbi televiziyalara baxın. Görün ki orada necə verilişlər hazırlanır?! Baxın və gənc kadrlara imkan yaradın ki, gedib dünya təcrübəsini öyrənsinlər. Burada-Kanada da televiziya xalqa daha yaxındır və onu heç bir məmur xalqdan uzaqlaşdıra bilməz. Bir-iki gün keçir, yenə Bakıdan xəbər alırıq. Bu dəfə ANS-in populyar olan səhər informasiya buraxılışını dayandırırlar. Bu nə özbaşınalıqdır belə? Həm də unutmayın ki, ANS özəl sektordur, özəl sektora isə dəstək lazımdır. Nəinki təpki göstərmək, təzyiq etmək... Məqalələri oxuyuruq. Şura sədri hansısa dəyərlərdən danışır... O hansı dəyərlərdir görən? Vətənpərvər bir kanala bu münasibət hansı çərçivəyə sığır? Burada soydaşlarımız çox narahatdır, internet portallarındakı məlumatları oxuyanda isə daha da narahat olur, ANS-lə həmrəyliklərini nümayiş etdirilər. Vətəndən uzaqda olsaq da, ANS axı hər bir azərbaycanlının kanalıdır. Hər bir azərbaycanlının da borcu öz kanalını qorumaqdır. Amma təəssüf ki, onu hücumlarından qoruduğumuz cəbhədə televiziya və radio sənətinə aidiyyatı olmayan şəxslər dayanır. Məqalələrdə hər şey açıq-aydın əks olunur”.

Kanada-Kvebek Azərbaycanlıları Assosiasiyasının Prezidentinin yayımladığı bəyanatda daha sonra qeyd edilir ki, bu yaxınlarda ANS dünya şöhrətli bir tədbirdə Montreal Beynəlxalq Film Festivalında Azərbaycan həqiqətlərini "Qanlı Yanvar” bədii filmi ilə dünyaya təqdim edib.

" Xüsusi mükafata layiq görüldü. Bu Azərbaycana verilən dəyər idi. Biz Azərbaycanlılar bu tədbirdə bayrağımızı qaldırdıq. Bax əsl dəyərlər də elə budur. Qüsurlar hər kəsdə, hər bir qurumda ola bilər. Amma bunu qərəzə, şəxsi maraqlara çevirmək, ağa-qara demək yolverilməz haldır.

Biz Kanada-Kvebek Azərbaycanlıları Assosiasiyası Milli Teleradio Şurasını ANS Televiziyasına qarşı aparılan təzyiqlərə son qoymağa çağırır, məsələyə beynəlxalq təcrübələrdən, müasir televiziyaçılıqdan əsaslanaraq yanaşmağı məsləhət görürük. Milli Teleradio Şurası zövq formalaşdıra bilməz. Zövqü, ömürləri ilə xalqına xidmət etmiş insanlar – ədəbiyyat, incəsənət xadimləri formalaşdırır. Məmur aparatı isə kömək etməli, süni maneələr törətməməlidir”.

 

 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az