2 saylı Tibb Kollecində təcrübə rəzaləti: xəstəxanalara qiymət qoyuldu

2 saylı Tibb Kollecində təcrübə rəzaləti: xəstəxanalara qiymət qoyuldu
Bakı 2 saylı Tibb Kollecində nöbvəti "pul yığımı” mövsümü başlayıb. Cebhe.info-nun əldə etdiyi məlumata görə, tələbələr təcrübə keçmək üçün xəstəxanaya getmək müqabilində müəyyən ödəniş etməlidirlər. Ödənişlər təcrübə üçün seçilən tibb müəssisəsinin nüfuzu, maddi-texniki bazası, hətta şəhərdə yerləşdiyi ünvanlardan da asılıdır.  Belə ki, Respublika Kliniki Xəstəxanasında təcrübə keçmək istəyənlər 6 manat, Əhmədli qəsəbəsində yerləşən 6 saylı poliklinikaya getmək üçün isə 3 manat verməlidirlər. Həmkarlar İttifaqının hesabına 2 manat, təzyiq ölçən cihaz almaq üçün isə 1 manat pul yığılır.  Məlumatlara görə, sözügedən kollec imtahan mövsümündə də qiymətlərin bahalığı ilə fərqlənir. Belə ki, tələbələrin hər imtahana 50 manat ödənməli olduğu vurğulanır. Əks təqdirdə həmin tələbəni çox böyük çətinliklər gözləyir.  2 saylı Tibb Kollecinin Mətbuat Xidməti isə deyilənlərlə razılaşmır. Mətbuat xidmətindən verilən açıqlamaya görə, kollecdə təcrübə üçün tələbələrdən pul yığılması barədə deyilənlər həqiqəti əks etdirmir.
Cebhe.info 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az