Bakı və İrəvan gələn ay sülh sazişi imzalayacaq

Bakı və İrəvan gələn ay sülh sazişi imzalayacaq
İrəvan və Bakı arasında sülh müqaviləsi noyabrın birinci ongünlüyündə Brüsseldə imzalanacaq. Azərbaycan və Ermənistana oktyabr ayının sonuna qədər sənədlərdəki dəyişikləri etmək tövsiyə olunub.

Axar.az xəbər verir ki, bu barədə İrəvan hakimiyyətində olan mənbələrə istinadən Ermənistanın "Past” qəzeti yazıb.

Məlumata görə, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana son səfəri zamanı Ermənistan tərəfinə sülh müqaviləsinin mətninin yekun variantını oktyabrın sonunda yekunlaşdıracağını qeyd edib.

Qəzet qeyd edir ki, Moskva artıq müqavilənin Brüsseldə imzalanmasına razılıq verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az