Bakıda 17 yaşlı qız özündən 15 yaş böyük ərini atıb qaçdı

Bakıda 17 yaşlı qız özündən 15 yaş böyük ərini atıb qaçdı

Bakı şəhərinin Nəsimi rayonunda kirayə yaşayan Sabirabad rayon sakini həyat yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

Miq.az lent.az-a istinadən bildirir ki, Qasımzadə küçəsində kirayə yaşayan, 1984-cü il təvəllüdlü Mehdi Əlirzayev (ad və soyadlar şərtidir) Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, onunla qeyri-rəsmi nikahda yaşayan, 1999-cu il təvəllüdlü Dərziyeva Mətanət Sabir qızı mayın 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb. M.Əlirzayev həyat yoldaşının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.

Qeyd edək ki, polisə müraciət edən şəxs özündən 15 yaş kiçik həyat yoldaşının yaşı rəsmi nikaha daxil olmağa kifayət etmədiyi üçün onunla münasibətini rəsmiləşdirmədiyini bildirib. O, ailəsində hər hansı problemin olub-olmaması ilə bağlı ətraflı qeyd etməyib.
 
Müraciət əsasında araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az