Bakıda 22 yaşlı gözətçi iş yerində öldürüldü — Pul üstündə

Bakıda 22 yaşlı gözətçi iş yerində öldürüldü — Pul üstündə

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Hadisə Maştağa qəsəbəsi 2-ci Albalılıq sahəsində bağ evlərindən birində qeydə alınıb.

Orada gözətçi işləyən 1994-cü il təvəllüdlü Vüqar Əlizadə münaqişə zəminində həmyerlisi, 1993-cü il təvəllüdlü Kamran Quliyev tərəfindən bıçaqlanıb. Vüqar Əlizadə hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən Kamran Quliyev könüllü olaraq 14-cü polis bölməsinə gələrək təslim olub. Hadisənin pul üstündə baş verdiyi bildirilir.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb./Teleqraf.com/

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az