Bakıda bacısını qətlə yetirən qardaş 17 il cəza alıb- FOTOLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Emin Çobanovun (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, bu il mayın 26-da Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 36 mənzil 42 ünvanında yaşayan Emin Çobanov səhər saat 9 radələrində mətbəx otağında münaqişə zəminində bacısı Rübabəyə (1986-cı il təv.) məişət-təsərrüfat təyinatlı bıçaqla üç zərbə vurmaqla, onu qətlə yetirib. Zərərçəkən kəskin qanitirmədən hadisə hadisə yerində keçinib. Hadisədən sonra Emin Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşlarına təslim olub və bıçağı onlara təqdim edib. Araşdırma zamanı məlum olub ki, gözdən əlil olan valideynləri digər otağda olublar.
Dindirilmə zamanı E.Çobanov bildirib ki, bacısı səhər işə getməyə hazırlaşırdı, yaranan səs yatan Eminə pis təsir etdiyi üçün, o Rübabəyə irad tutub. Öz növbəsində bacısı ona cavab qaytarıb. Buna görə aralarında mübahisə başlayıb. Rübabə müqavimət göstərdiyi üçün ilk iki zərbə əllərinə deyib, üçüncü zərbə isə ölümünə səbəb olub.
Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını bildirib.
Məhkəmənin hökmü ilə E.Çobanov 17 il müddətinə azadlıqdan məhrum olunub.
Miq.Az