Bakıda dəhşətli qətl: Ər arvadını boğub öldürdü

Bakıda dəhşətli qətl: Ər arvadını boğub öldürdü

Bakıda ağır qətl hadisəsi baş verib.

Miq.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə iyunun 20-də axşam saat 21:30 radələrində paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Belə ki, rayonun Qaraçuxur qəsəbəsində yaşayan Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı yaşadığı evdə qısqanclıq zəminində boğaraq öldürüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az