Bakıda işgəncə ilə öldürülən dustağın FOTOLARI
Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəndə məhkumun döyülərək öldürülməsi barədə həbər vermişdik. Həmin şəxs Hövsan qəsəbəsində yaşayan 26 yaşlı Nurani İbrahimovdur. Mərhumun qardaşı Ramin İbrahimov Criminal.az-a açıqlamasında bildirdi ki, qardaşını həbsxanananın əməkdaşları döyərək öldürüb.
Onun sözlərinə görə, qardaşı döyülərək öldürülsə də, onun mədəsindən dünyasını dəyişdiyi bildirilir:"Qardaşımı döyərək öldürüblər. Bədənində döyülmə işləri var. Biləyində qandalın yeri göyərib, əlləri şişib". R.İbrahimov əlavə etdi ki, qardaşı adam bıçaqladığına görə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Artıq 4 il 3 ay idi 2 saylı cəzaçəkmə müəssisəsimdə cəza çəkirdi. Lakin 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov (Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı) dəyişiləndən sonra 3 gün əvvəl qardaşı da daxil olmaqla bir neçə dustaq 6 saylı cəzaçəkmə müəssisəsinə aparılıb və hadisə baş verdi.
Xatırladaq ki, 2 saylı cəzaçəkmə müəssisəsinin yeni rəisi Elçin Əlicanovdur.
Məsələ ilə bağlı Penitensiar Xidmət hələ də açıqlama vermir.
Öldürülən N.İbrahimovun fotolarını əldə etmişik. Həmin fotoları təqdim edirik.
Miq.az