Bakıda maşın yolu keçən üç piyadanı birdən vurdu

Bakıda maşın yolu keçən üç piyadanı birdən vurdu

Bakıda avtomobil üç piyadanı vurub. Hadisə gecə saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində qeydə alınıb.

Miq.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən bildirir ki, Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi "Nissan” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub. Nəticədə C.Kirmirzəyev hadisə yerində ölüb, digər şəxslər isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az