Bakıda polis işçisi xidməti maşınla piyadanı vurdu

Bakıda polis işçisi xidməti maşınla piyadanı vurdu
Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

Hadisə bir neçə gün əvvəl Sabunçu qəsəbəsi, şəhər şossesində qeydə alınıb.(APA)

Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Altay Ələmdar oğlu Mahmudov idarə etdiyi "Fiat Doblo” markalı, 90 AP 170 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1974-cü il təvəllüdlü İradə Məhərrəm qızı Abdullayevanı vurub. İ. Abdullayeva əlindən yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az