Bakıda qəza: Polis əməkdaşı ölüb

Bakıda qəza: Polis əməkdaşı ölüb
Bakıda sərnişin avtobusu qəza törədib.
 
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında "Ay işığı” restoranının qarşısında qeydə alınıb.
 
SOCAR-a məxsus avtobus "Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
 
Nizami rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs "Mercedes"in sürücüsü, polis serjantı Abbasov Kamran Abbas oğludur. K. Abbasov mühafizə polisində çalışırmış.
 
Hazırda faktla bağlı araşdırma aparılır.  

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az