Bakıda tibb müəssisəsi yandı

Bakıda tibb müəssisəsi yandı
Bakıda tibb müəssisəsində yanğın baş verib.
 
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, Respublika Talassemiya Mərkəzində qeydə alınıb.
 
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon hissəsinin yanğınsöndürmə maşınları və canlı qüvvəsi cəlb edilib. Məlum olub ki, binanın havalandırma sisteminin mühərrikində tüstülənmə müşahidə olunur. Yanğınsöndürmə qüvvələri baş verə biləcək təhlükənin qarşısını alıblar.
 
Respublika Talassemiya Mərkəzində müalicə olunan xəstələr binadan təxliyə ediliblər. Yanğın təhlükəsi aradan qalxdıqdan sonra xəstələr yerlərinə qayıdıblar.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az