Bakıda vəzifəli şəxs iş yerində yandı

Bakıda vəzifəli şəxs iş yerində yandı

Bakıda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində, Bakı Beynəlxalq Dəniz Limanında idarənin şöbə müdiri Fəxrəddin Səmədov yanıq xəsarətləri alıb. İdarənin Nəqliyyat Şöbəsinin müdiri F.Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
 
Vəzifəli şəxsin hansı şəraitdə və hansı səbəbdən yanıq xəsarətləri alması bəlli deyil.
 
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
 
Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Limanının Nəqliyyat Şöbəsi digər şöbələrdən fərqli olaraq limanın özündə yerləşir. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az