Bakı şəhəri, Yasamal rayonu ərazisində 53 yaşayış və qeyri-yaşayış obyektinin söküntüsünə başlanılıb. Buna səbəb Şəfaət Mehdiyev küçəsinin 1 kilometrə yaxın hissəsinin genişləndirilməsidir. Artıq ərazidə söküntü işləri başlayıb və yolun bir hissəsi genişləndirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilən yolun bir hissəsinə artıq yeni asfalt örtüyü də vurulub.
Agentliyin sözçüsü Anar NəcəfliXəzərxəbər-ə bildirib ki, vaxtilə həmin hissədə evlər və obyektlər tikildiyindən yol həddindən artıq daralıb.
Şəfaət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında olan 1 kilomtrə yaxın hissəsinin eni genişləndirilərək 18 metrə çatdırılır. 1-ci texniki dərəcəyə uyğun olaraq tikilən yol 4 hərəkət zolağından ibarət olacaq.
Üçqat asfalt örtüyü vurulacaq yolda artıq asfaltlama işlərinə başlanılıb. Burada həmçinin vətəndaşların rahat hərəkəti üçün piyada səkiləri yaradılacaq və işıqlandırma sistemi qurulacaq. Yol istifadəyə verildikdən sonra Tbilisi prospekti ilə Hüseyn Cavid prospektinə birbaşa maneəsiz çıxış əldə olunacaq.
Bu da günün pik saatlarında metronun "Elmər Akademiyası” stansiyası yaxınlığında yaranan tıxacın azalmasına gətirib çıxaracaq.
Yolun bu ayın sonuna qədər tam şəkildə istifadəyə verilməsi planlaşdırılır
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO