Bakının mərkəzində ŞOK HADİSƏ - 2 nəfəri güllələdilər
Səhiyyə Nazirliyi Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.
"Miq.Az" nazirliyə istinadən xəbər verir ki, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar.
Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.
*****
08:21
Bakının Yasamal rayonu, Şərifzadə küçəsində silahlı insident baş verib.
1989-cu il təvəllüdlü Muradov Zülfü mübahisə etdiyi naməlum şəxs tərəfindən tapança ilə güllələnib.
Yaralı vəziyyətdə olan Muradov Zülfü öz avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib.
Həkimlərin müayinəsindən sonra məlum olub ki, xəsarət alan şəxs sinə nahiyəsindən üç güllə yarası alıb.
O, dərhal əməliyyata götürülüb. Faktla bağlı araşdırma aparılır.
Miq.Az