İnsan haqları müdafiəçisi Novella Cəfəroğlu erməni Vahan Martirosyanın son vəziyyəti ilə bağlı "Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə, Bakıya sığınan erməni ailəsi üçüncü ölkəyə getmək istəmir: "Məlum səbəblər üzündən onun barəsində geniş məlumat vermək iqtidarında deyilik. Çünki ona qarşı nəinki Ermənistan tərəfindən, hətta Rusiya və digər ölkələrdən belə təxribatlar ola bilər. Bu məsələləri nəzərə alaraq, onun haqqında mətbuatda tez-tez məlumat verilməsini doğru hesab etmirəm.
Lakin onu deyə bilərəm ki, Martirosyan ailəsinin vəziyyəti normal durumdadır, heç bir narahatlıq yoxdur. Mən vaxtaşırı onlarla telefon əlaqəsi saxlayıb görüşürəm. Ailə tez-tez Bakının gəzintisinə çıxır.
Vahan Martirosyanın dediyinə görə, Azərbaycan onların çox xoşuna gəlib. Bu səbəbdən ölkəmizdən kənar heç bir yerə tərpənmək istəmir”.
Xatırladaq ki, bu günlərdə Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı, azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL