Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə bildirilir:
“Hörmətli həmvətənlər!
Sizi – Azərbaycan Respublikası vətəndaşlarını və xarici ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.
Qurban bayramı islamın bir din kimi tamamlandığı və insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümüdür. Əksər müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına kəsilən qurbanlarla Allaha yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Qurban bayramı həm də xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir. Bu günlər ölkəmizdə geniş xeyriyyəçilik tədbirləri həyata keçirilir, imkanı çatan hər bir müsəlman ehtiyacı olanlara könül xoşluğu ilə yardım göstərir.
Əziz həmvətənlər, hörmətli soydaşlar!
Mübarək Qurban bayramı günündə hamınıza Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
"Vətəninfo.az"
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri