Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırıb

Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırıb
Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırıb.

Miq.az Trend-ə istinadən bildirir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "2017-ci il 5 iyun tarixli Qətər dövləti ilə münasibətləri dayandırmaq qərarına əsasən və nazirlər şurasının sərəncamlarının icrası çərçivəsində DİN bəyan edir ki, Qətər hakimiyyətinin Bəhreyn krallığına qarşı düşmənçilik hərəkətlərinin məsuliyyətsiz davam etdirməsinə görə Qətər vətəndaşlarına giriş vizalarının verilməsini dayandırmaq qərara alınıb".
Nazirlikdən bildiriblər ki, istisnalar yalnız Bəhreyndə təhsil alan qətərli tələbələr, həmçinin hazırda vizası olan vətəndaşlar üçün edilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az