Beyləqandakı intiharın təfərrüatları - Əri öldürübmüş

Beyləqandakı intiharın təfərrüatları - Əri öldürübmüş

Beyləqanda dəhşətli cinayətin üstü açılıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayon sakini, 1992-ci il təvəllüdlü Təhminə Məmmədlinin yaşadığı evdə özünü asması barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında həyata keçirilən araşdırmalar zamanı T. Məmmədlinin intihar etmədiyi, onun ailə-məişət münaqişəsi zəminində əri 1980-ci il təvəllüdlü Pərviz Məmmədov tərəfindən boğularaq öldürülməsi müəyyən edilib./APA/

P. Məmmədov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Miq.az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az