Binəli Yıldırımın Azərbaycana səfəri başlayıb
Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana gəlib.
APA-nın xəbərinə görə, Binəli Yıldırım prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rəsulzadə və digər rəsmi şəxslərlə görüşəcək.
B.Yıldırım martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna da qatılacaq.
B.Yıldırımla birgə xanımı Semiha Yıldırım, Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Mehdi Eker, Türkiyə-Azərbaycan parlamentlərarası Dostluq qrupunun rəhbəri Necdet Ünüvar, Milliyyətçi Hərəkat Partiyasından deputat Ekmeleddin İhsanoğlu, Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Hikmet Çetin və digər şəxslər də Azərbaycana gəlib.