“Bizim birmənalı mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanda “ siyasi məhbus ”lar yoxdur”. "Vətəninfo.az"ın məlumatına görə, bunu mətbuata açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi və sədr müavini Əli Əhmədov dilə gətirib.
Onun dediyinə görə, hakim partiya olan YAP-ın, o cümlədən, mövcud iqidarın da bu məsələ ilə bağlı mövqeyi hər kəsə çoxdan bəllidir.
Ə.Əhmədov eyni zamanda onu da qeyd edib ki, bu yöndə müxtəlif interpretasiyalar mövcuddur, yəni, Azərbaycan müxalifətinin bəzi nümayəndələrinin interpretasiyası bütövlükdə “siyasi məhbus” anlayışını ehtiva edən kriteriyalar çərçivəsindən kənara çıxdığından, bu barədə hakim partiya üzvlərinin müxalif kəsimlə ciddi fikir ayrılıqları var:
“Bu məsələ barəsində bizim müxalifətlə ciddi fikir ayrılığımız mövcuddur. Ona görə də onların “ siyasi məhbus ” adlandırdığı adamları biz siyasi məhbus saymırıq. Ona görə yox ki, biz bunu saymaq istəmirik, ona görə ki, bu insanlar hər hansı siyasi əqidəsinə, bütövlükdə əqidəsinə görə həbs olunmayıblar.
Onların, əməllərində cinayət tərkibi olduğuna görə həbs olunan insanları “siyasi məhbus” kateqoriyasına aid etməsini isə biz ümumiyyətlə, hüquqa hörmətsizlik hesab edirik”-deyə,Ə.Əhmədov sonda sözlərinə əlavə edib.
Kənan
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR