Borca görə həmkəndlisini öldürənin məhkəməsi başlayıb- EKSKLÜZİV- FOTOLAR

Borca görə həmkəndlisini öldürənin məhkəməsi başlayıb- EKSKLÜZİV- FOTOLAR

Borca görə həmkəndlisini öldürən Xaçmaz sakininin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Tehran Quliyevin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Miq.az-ın məlumatına görə, bu il avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində Cəfər Hacıyevin (1972-ci il təv.) üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) ilə olan meyiti aşkar edilib. Hadisədən 5 gün sonra DİN Baş Cinayət Axtarışı İdarəsi və Xaçmaz RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində rayon sakini Tehran Quliyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Cəfər Hacıyevlə Tehran Quliyev həmkəndli olublar. Hadisə şəxsi münasibətlərin pozulması zəminində baş verib. Məlumata görə, Hacıyevin Quliyevə pul borcu olub. Həmin gün onlar görüşərkən Tehran növbəti dəfə Cəfərdən pulunu tələb edib, sonra isə ona ağır xəsarətlər yetirib. Hacıyevin huşsuz halda yıxılıb, yerdə qaldığını görən Quliyev hadisə yerindən qaçıb.
 
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxışı dekabrın 29-na təyin edilib.



Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az