Mayın 6-da Yaponiya hökuməti Tokionun cənub-qərbində yerləşən məşhur Hakone kurort rayonunda vulkan püskürməsi təhlükəsi yarandığına görə əhalinin təcili təxliyə olunması barədə qərar qəbul edib. Həmin ərazidə yerləşən Ovakudani yaylasına 700 metrdən çox yaxınlaşmaq qadağan olunub. Burada fasiləsiz olaraq hidrogensulfidin və buxarın qalxması müşahidə olunur. Mayın 4-də həmin sahədə yüzə yaxın vulkanik zəlzələ qeydə alınıb.
Hökumət orqanları əraziyə gedən avtomobil və kanat yollarını bağlayıb. Hazırda polis orada olan turistləri təxliyə etmək üçün ərazini araşdırır.
Hündürlüyü 1550 metr olan Hakone yatmış vulkanı ərazisində yeraltı təkanların sayı aprelin sonlarından artmağa başlayıb. Bu ərazidə sonuncu vulkan püskürməsi XII əsrə təsadüf edir.
Ərazisində gözəl dağ gölü, çoxsaylı muzeylər, istisu bulaqları və turist yollarının yerləşdiyi Hakone rayonunu hər il təxminən 20 milyon turist ziyarət edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR