Bu gün böyük müharibə BAŞLAYA BİLƏR - ABŞ-dan XƏBƏRDARLIQ

Bu gün böyük müharibə BAŞLAYA BİLƏR - ABŞ-dan XƏBƏRDARLIQ
Şimali Koreya 27 iyul "Koreya müharibəsi”nin ildönümü günü ballistik raket sınağı keçirə bilər.

Publika.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Julie Bishop deyib.

Onun sözlərinə görə, bu haqda ciddi mənbələrdən məlumat əldə ediblər və sınaq məhz bu gün – 27 iyulda baş tuta bilər.

Pentaqonda adını açıqlamayan yüksəkvəzifəli hərbiçilərdən biri Şimali Koreyanın Kusong bölgəsində maşınların ballistik raketləri daşıdığı haqda məlumata malik olduqlarını açıqlayıb.

Qeyd edək ki, sonuncu dəfə raket sınağını iyulun 4-də keçirib. Hazırda dünyanın diqqəti Koreya yarımadasındadır. Çünki bölgə ölkələri, həmçinin, ABŞ Şimali Koreyanın raket sınaqlarını böyük təhlükə olaraq qəbul edirlər. Gözləntilərə görə, Pxenyan rejimi bu gün sınaq həyata keçirsə, Koreya yarımadasında gərginlik pik həddinə çata bilər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az