“Bu günə qədər iki nəfərə aşiq olmuşam"

“Bu günə qədər iki nəfərə aşiq olmuşam
Aparıcı Burcu Əsmərsoy "Marie Claire” jurnalına müsahibə verib.

Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, aparıcı müsahibəsində aşiq olduğunu etiraf edib:
"Bu günə qədər iki nəfərə aşiq olmuşam. Amma hazırda vəziyyət dəyişə bilər (gülür). "Həyatında kimsə var” deyə sual versən cavabım belə olar: hazırda ömrümün ən xoşbəxt çağını yaşayıram”.
Burcu ideal ailə həyatından da bəhs edib:
"Bütün qadınlar mütləq bir dəfə ərə getməlidirlər. İnşallah, düzgün insanı seçərlər və əgər alınmasa heç də pis olmasınlar. Məncə, insanlar evləndikdən sonra ayrı-ayrı evlərdə yaşamalıdırlar. Yaxud da arada tək qala biləcəkləri bir yer mütləq olmalıdır. Ev nə qədər böyük olsa da, bəzən ərin belə sənə rahatlıq vermir”.
B.Əsmərsoy yalnız sevəcəyi insandan uşağının olmasını istədiyini deyib:
"Mən aşiq olduğum adamdan uşaq dünyaya gətirmək istəyərəm. Ailə quranda həyat yoldaşımla ikimiz də uşaq istəyirdik. Mən onsuz da ərə gedən kimi hamilə qalmışdım, amma körpəmi itirdim. Ondan sonra isə boşandıq”.
 












İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az