Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı "Baku City Circuit” gələn il iyun ayında keçiriləcək "Formula-1" yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinə daxil olan mərkəzi küçələrdə təmir-tikinti işləri mərhələli şəkildə həyata keçirilir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən VİZUAL.az-a verilən məlumata görə, dekabr ayının 14-dən etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq meydanına qədər olan yol asfalt örtüyünün təmirinə bağlanıb. Qeyd olunan yol bir həftə müddətinə bağlanır, lakin Hökumət evinin qarşısındakı yeraltı avtomobil dayanacağının çıxışı açıq olacaq.
Bundan əlavə, Zərifə Əliyeva küçəsinin Bülbül prospekti və Səməd Vurğun küçəsi ilə kəsişmələri arasında yol qismən təmirdədir, lakin avtomobillərin hərəkəti tam məhdudlaşdırılmayıb. Qeyd olunan təmir işlərinin bitmə tarixi dəqiq məlum deyil.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL