“Vətəninfo.az” xəbər verir ki, “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ölkəmizdə ilk dəfə olaraq “Cəza çəkməkdən azad edilmiş şəxslər üçün dəstək” Mərkəzi yaradıb.
Yeddi aydan artıqdır fəaliyyət göstərən bu Mərkəz keçmiş məhkumların hüquqi, sosial - psixoloji problemlərinin həllinə çalışmaqla onların cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdədir. Qeyd olunan layihə çərçivəsində maraqlı tərəflərin iştirakı ilə “Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası” mövzusunda Dəyirmi Masa təşkil ediləcəkdir. Tədbirdə Ədliyyə Naziri yanında İctimai Komitə üzvləri, hüquq müdafiə təşkilatlarının və maraqlı dövlət qurumlarının təmsilçiləri iştirak edəcəklər.
Sizi bu tədbirdə iştirak etməyə dəvət edir və iştirakinizdan məmnunluq duyuruq.
QEYD: Dəyirmi masa 18 dekabr 2012-ci il tarixində saat 11.00-da “Caspian Plaza” Biznes Mərkəzinin (Cəfər Cabbarlı 44, 2-ci mərtəbə) konfrans zalında keçiriləcəkdir.
Öncədən təşəkkürümü bildirirəm!
Sizlərə dərin hörmət və ehtiram hissi ilə,
Sədr
h.e.d., professor K. N. Səlimov
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR