Sabiq ABŞ prezidenti Venezuelaya gede bilməyəcək
Vətəninfo.az xəbər verir ki. Venezuela prezidenti Nikolas Maduro, ölkəsindəki Amerikalı diplomatların sayına müəyyən hədlərin qoyulması ilə bağlı qərar qəbul edəcək.
Maduro Amerikalı diplomatların vəziyyətinin araşdırılması və saylarının azaldılması ilə bağlı təlimat verdiyini də qeyd edib. Məlumata görə,Venezuela gəlmək istəyən ABŞ vətəndaşlarından viza tələb olunacaq və bəzi siyasətçilərin ölkəyə girişi qadağan ediləcək. Maduro qeyd edib ki, ABŞ ölkəsinin daxili işlərinə qarışdığından belə bir qərarı qəbul etmək məcburiyətində qalıb. Nikolas Maduro vurğulayıb ki, ABŞ-ın ölkəsində 100 diplomatı olmasına baxmayaraq Venezuelanın isə ABŞ-da cəmi 17 diplomatı var. Maduro ABŞ vətəndaşlarından Amerikanın Venezuela vətəndaşlarından tələb etdiyi qədər viza zərci alacağını da bildirib.

Məlumata görə, Venezuelanın ölkəyə girişini qadağan etdiyi siyasətçilər arasında ABŞ-ın sabiq prezideti Corc Buş, sabiq Senatın xarici əlaqələr komitəsi sədri Bob Menendez ,sabiq vitse president Dik Ceniy və sabiq Filorida Əyalət Məclisinin sədri Marko Rubio da var.
Qeyd edək ki, ötən ay ABŞ insan haqlarının qorunmaması və korrupsiyada ittiham etdiyi bəzi Venezueladan olan rəsmilərin ölkəyə girişinə məhdudiyyətlərin qoyulması ilə bağlı qərar qəbul etmişdi.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR