Daşaltı şəhidlərinin məzarlığı tapılsın! - Döyüşçüdən müraciət - FOTOLAR

Daşaltı şəhidlərinin məzarlığı tapılsın! - Döyüşçüdən müraciət - FOTOLAR

"Daşaltı azad olunandan sonra düşünürdüm, aidiyyətli dövlət strukturlarımız ilk növbədə, orada 1992-ci il yanvarın 25-26-sı həlak olub, qalan 90 nəfərədək hərbçilərimizin kütləvi məzarlığını aşkar etməyə səy göstərəcəklər. Təəsüf ki, bu məsələ hələ də gündəmə yoxdur".

Miq.Az xəbər verir ki, bu fikirləri Qarabağ qazisi Nazim Bayramov feysbuk hesabında yazıb. 

"Halbuki, Daşaltı erməni nəzarətində olan dövrdə Azərbaycan bununla bağlı beynəlxalq təşkilatlara çoxsaylı müraciətlər edirdi.

İllər öncə Qırmızı Xaç təşkilatı orada həlak olanların yaxın qohumlarından DNK-analizləri almışdı və demişdilər ki, erməni tərəfi ilə kütləvi məzarlığın yerinin təsbit olunması barədə danışıqlar gedir.

KİV-in nümayəndələrindən xahiş edirəm məsələni gündəmə gətirsinlər, Daşaltı şəhidlərinin qarşısında son borcumuzu yerinə yetirək, ailələri də təskinlik tapsınlar".

Qarabağ döyüşçüsü statusunun sonunda paylaşdığı şəkillərlə bağlı bunları qeyd edib: 

"Ermənilərin 1992-ci il fevralın 4-11-də çəkdikləri, bu statusda paylaşdığım fotolarla bağlı FB adminliyindən mənə yazıldı və bildirildi ki, fotolar sosial şəbəkə üçün qeyri-məqbul sayıldığından kontent məhdudlaşdırılır. Statusun məzmununun maksimal yayılmasında maraqlı olduğuma görə fotoları sildim"
    
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az