Azərbaycanın Suriyadakı səfiri Mahir Əliyev və səfirliyin əməkdaşları ölkəni tərk ediblər. Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Onun sözlərinə görə, səfir və diplomatik missiyanın əməkdaşları Suriyanı mövcud vəziyyəti və təhlükəsizlik amillərini nəzərə alaraq tərk ediblər. Səfirliyin Dəməşqdə fəaliyyətini nə zaman bərpa edəcəyi məlum deyil.
Səfirlikdə qeydiyyatda olan 60-a yaxın Azərbaycan vətəndaşının da ölkəni tərk etdiyi bildirilir.
Qeyd edək ki, hazırda Suriya paytaxtında və ayrı-ayrı şəhərlərdə müxalifət qüvvələri ilə Hafiz Əsədə tabe olan qoşunlar arasında qanlı döyüşlər davam edir. Dünən müxalifət Suriya dövlət televiziyasını partlatmağa nail olub. Suriyanın baş naziri Riyad Hicab ailəsi ilə birgə ölkədən qaçıb və müxalifətin tərəfinə keçmək niyyətində olduğunu açıqlayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR