Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

Deputatlığa namizəd olmaq istəyənlərin diqqətinə! - Bu gündən başlandı

Ötən gün prezident İlham Əliyev Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi haqda sərəncam imzaladı və seçki 2020-ci il fevral ayının 9-na təyin olundu.

Qaynarinfo xəbər verir ki, Seçki Məcəlləsinin tələblərinə görə seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra namizədlər irəli sürülə bilər. 

Bu gün prezidentin sərəncəmı rəsmi mətbuatda dərc olunub və Seçki Məcəlləsinin (3, 53, 54, 146-cı maddələr) verdiyi hüquqlara görə bu gündən başlayaraq namizədlərin irəli sürülməsi mümkündür.

Bunun üçün namizəd oilmaq istəyən şəxslər tələb olunan sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.

MSK isə təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq edən qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini təqdim edir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az