Bu ilin sonunda dünya əhalisinin sayı təxminən 7 milyard 284 milyon 283 minə çatacaq.
Bu barədə "Dünya Əhali Fondu”nun hesabatında məlumat yayılıb.
Hesabatda, dünyada hər saniyədə 2.6 nəfərin dünyaya gəldiyi bildirilib. Həmçinin 1970-ci ildə dünya əhalisinin indikinin yarısı qədər olduğu xatırladılıb və əhalinin sürətlə çoxalmasının səbəbi kimi inkişaf etməkdə olan ölkələrdə ailə planlamasının doğru şəkildə həyata keçirilmədiyi qeyd edilib.
Hesabatda bildirilir ki, inkişaf etməkdə olan ölkələrdə hər 4 qadından biri istəmədiyi hamiləliyə məruz qalır.
Dünyanı 100 nəfərlik kənd kimi təsəvvür edən fond, müqayisə ilə burada 60 asiyalı, 15 afrikalı, 10 avropalı yaşayacağını bildirib. Bildirilir ki, əhalinin sayı bu sürətlə çoxalmağa davam etsə, 2050-ci ildə 134-ə çatacaq kənd əhalisinin 33 nəfəri afrikalı, 73 nəfəri asiyalı, 10 nəfəri avropalı olacaq. Bu hesabata görə, Asiya və Avropa əhalisi azalacaq, Afrika əhalisi isə artacaq.
"worldometers.info" saytının məlumatına görə isə hazırda dünyada əhali sayı 7 milyard 283 milyon 170 mindir və bu rəqəm hər an böyük sürətlə dəyişilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR