Azərbaycanın ildən ilə xarici ölkələrdə açılan səfirliklərinin sayı artır. Bu, Azərbaycanın həm inkişafının, həm də ölkəmizin dünyada mövqelərinin güclənməsinin göstəricisidir. “Vətəninfo.az”ın Yeni Azətbaycan Partiyasının internet saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Millət vəkili bildirib ki, Milli Məclisin ötən gün keçirilən iclasında ölkəmizin Avstraliya İttifaqında da səfirliyinin açılması haqqında qanun qəbul olunub. Avstraliyanın dünyanın inkişaf etmiş ölkələrindən biri olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu dövlət iqtisadiyyatın həcminə görə dünyada 13-cü, adambaşına düşən ÜDM üzrə 6-cı yer tutur. «Ölkələr arasında əməkdaşlıq hər iki tərəf üçün faydalı və əhəmiyyətli olacaq. Bu günə kimi Azərbaycanın dünyanın həmin hissəsində yalnız İndoneziya, Malaziya və Yaponiyada səfirlikləri fəaliyyət göstərir. Kanberra şəhərində səfirliyimizin təsis olunması gələcəkdə Yeni Zellandiya və digər qonşu dövlətlərdə Azərbaycanın diplomatik missiyasının təmsil olunması üçün imkan yaradacaq və əlaqələrimizin genişlənməsinə təkan verəcək»- deyə komitə sədrinin müavini vurğulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR