Çinin artan gücü ABŞ-ı qorxuya saldı
ABŞ istənilən an Çinə nüvə bombası ata bilər. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin admiralı, Sakit Okean donanmasının komandanı Skot Svift deyib. Onun sözlərinə görə, hərbçilər heç vaxt Amerika Ordusunun baş komandanına olan etibarlarını şübhə altına almayacaqlar.
O, ABŞ və Avstraliya arasındakı birgə təlimdən sonra təhlükəsizlik konfransında çıxış edib. Admiral prezidentə sadiqliklərini də gözlənilməz şəkildə ifadə edib.
Auditoriyadan verilən "əgər gələn həftə Tramp Çinə nüvə bombası atmağı əmr edərsə admiral və tabeliyində olanr bunu icra edəcək?" sualına Sviftin cavabı müsbət olub. O, deyib ki, hərbçilər bunu Amerika prezidentinin ilk tələbindəcə edəcəklər.
"Bu Amerika demokrataiyası üçün əsas məqamdır. Biz hamımız and içmişik. Hərbçilər heç zaman baş komandana onların sadiqliyindən şübhələnmək imkanı verməyəcək".
Qeyd edək ki, birgə təlimlər iki il davam edib və orada 36 hərbi gəmi, o cümlədən aviadaaşıyıcı "Ronald Reyqan", 220 təyyarə və 33 min hərbçi iştirak edib.
Bir neçə gün öncə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo Çini ölkəsi üçün əsas təhlükə hesab etdiyini açıqlamışdı. BUna səbəb isə Çinin dayanıqlı iqtisadiyyatı və artan hərbi gücüdür.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?