Qərbi Afrikada yaxın bir neçə həftə ərzində Ebola virusu epidemiyası öz pik həddinə çata, daha sonra isə zəifləyə bilər.
Lakin regionda epidemiyanın ağır nəticələri hələ 2015-ci ilin sonuna qədər hiss olunacaq. Bu proqnozu 1976-cı ildə Ebola virusunu kəşf edən məşhur Belçika alimi Piter Piot verib.
Vətəninfo.az BBC telekanalına istinadən xəbər verir ki, Ebola virusu səbəbi ilə baş qaldırmış epidemiyanın Liberiyada artıq pik həddinə çatdığını və bu halın yaxın bir neçə həftədə Serra-Leonedə də baş verəcəyini güman etdiyini deyən Piot xəstəliyin səngiməsi üçün uzun müddət lazım gələcəyini vurğulayıb.
Dünya Səhiyyə Təşkilatının dekabrın 20-nə olan məlumatına görə Ebola virusu qurbanlarının sayı 7373 nəfərə, virusa yoluxanların sayı isə 19 031 nəfərə çatıb. Ölüm hallarının əksəriyyəti Qərbi Afrikanın üç ölkəsində - Liberiya, Serra-Leone və Qvineyada qeydə alınıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR