Oktyabrın 14-də İranın xarici işlər naziri Əli Əkbər Salehi Azərbaycana səfərə gələcək . “Vətəninfo.az”-ın məlumatına görə,bu barədə AzNews.az-a açıqlamasında İranın Azərbaycandakı səfirliyinin yeni mətbuat katibi Seyid Mühəmməd Ayətullahi məlumat verib.
O söyləyib ki, oktyabrın 16-da isə İran prezidenti Mahmud Əhmədinejad da Bakıya gələcək. Onun sözlərinə görə, səfər çərçivəsində M.Əhmədinejad və Ə.Salehi oktyabrın 16-da Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 12-ci Zirvə Sammitində iştirak edəcəklər. Səfirlik sözçüsü deyib ki, sammit çərçivəsində İran prezidentinin təkbətək görüşlər keçirməsi də gözlənilir.
Qeyd edək ki, sammitdə İƏT-ə üzv dövlətlərin hökumət və dövlət başçıları iştirak edəcəklər. Sammit çərçivəsində isə İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək.
“AzNews.az”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR