Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılmış cinayət işində şok məlumatlar ortaya çıxıb
Eks-prezidentin qəbrinin açılması ilə bağlı hazırlıq işləri aparır.
“Cinayət işi ilə bağlı dindirilənlərin ifadələrinin yekun nəticəsi olaraq mərhum Elçibəyin qəbrinin açılması ilə bağlı iklin müzakirələr aparılıb”.
Eks-prezidentin qardaşı Almurad Əliyevin də ötən həftə Respublika Prokurorluğuna çağırılması da təsadüfi olmayıb. Müstəntiqlər bu məsələdə eks-prezidentin ailəsinin mövqeyi ilə bağlı A.Əliyevlə müzakirə aparıb.
Qanunvericiliyin tələblərinə görə, mərhumun qəbrinin açılmasına ailəsinin mütləq razılıq verməsi lazımdır.
Almurad Əliyev ötən həftəki dindirmədən sonra Modern.az-a verdiyi açıqlamada müstəntiqlərin onu Elçibəyin ailə məsələləri ilə bağlı sorğu-sual etdiyini bildirmişdi.
Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.
Xezerxeber
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR