Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov guya nəqliyyat naziri Ziya Məmmədova məxsus olan və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları tərəfindən 17 ton dollar yüklənmiş gəminin saxlanılaraq müsadirə olunması barədə bir sıra KİV-lərdə yayılan məlumatlara münasibət bildirib.
VİZUAL.az xəbər verir ki, gəmiçiliyin sabiq rəisi A.Bəşirov açıqlamasında deyib ki, o, yayılan bu cür məlumatlardan xəbərsizdir: "Mən bir aydan çox idi ki, ölkədə yox idim, yeni gəlmişəm”.
A.Bəşirov yayılan bu cür məlumatların inandırıcı olmadığını söyləyib: "Gəmiçiliyə rəhbərlik etdiyim dövrdə belə hadisələrə rast gəlməmişəm. Belə hallarla bağlı hər hansı məlumat eşitməmişəm. Gəmi ilə pul çıxararlar? Bu, inandırıcı deyil”.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsi və hazırda istintaqı davam edən "MTN işi” ilə bağlı məsələyə də toxunan A.Bəşirov bunları deyib: "Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib. Prezidentə qarşı bu cür hərəkətlər etmək insanlığa sığmır. Buna görə Allah onların hər birinin gec-tez cəzasını verəcək.|XəzərNews.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL