Azərbaycnın ən gənc generallarından biri tutduğu vəzifədən azad edilib.
Vizual.az aznews.az-a istinadən xəbər verir ki, 36 yaşlı general-mayor Vüqar Allahquliyev MTN-nin Hərbi Hissə komandiri vəzifəsindən uzaqlaşdırılıb. General təhlükəsizlik sistemində işə yararsız hesab edilib.
Qeyd edək ki, V.Allahquliyev 2015-ci ilin mart ayının 27-də general-mayor rütbəsiylə təltif edilmişdi. 36 yaşlı general Eldar Mahmudovun qohumudur. V.Allahquliyevin atası Zülfüqar Alllahquliyev sabiq MTN rəhbəri Eldar Mahmudovun həyat yoldaşının dayısıdır. Bundan əlavə Z.Allahquliyev Azərbaycanın ən varlı iş adamlarından sayılır. Məlumata görə, onun bir neçə ticarət obyektləri və kərpic zavodları var.
Onu da bildirək ki, V.Allahquliyevin işdən azad edilməsi və sərəncama götürülməsi barədə məlumat bir neçə gün əvvəl yayılmışdı.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL