Bu gün günün ikinci yarısında Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam edib.
“Veteninfo.az”ın Gün.Az-a istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov büdcənin müzakirə olunduğu iclasda nazirlərin çoxunun iştirak etməməsinin parlamentə və büdcəyə hörmətsizlik olduğunu söyləyib:
“Bu sözlər onların qulaqlarına, beyinlərinə girsin. Ən azı burada səslənən təklifləri eşitmək onların vəzifə borclarıdır”.
Əli Əhmədov bildirib ki, büdcə sadəcə, rəqəmlər deyil, arxasında müdrik siyasət durur:
“Burada tənqidlər səsləndirildi ki, niyə filan şeylər olmayıb. Bunlar arzulardır. Ancaq nə büdcəni nə arzularla formalaşdırmaq, nə də iqtisadiyyatı arzularla inkişaf etdirmək olar.
Bu gün iqtisadi böhranla üzləşən Amerika və Avropa ölkələri arzulamırlar ki, bu böhranı aradan qaldırsınlar?! Bacarmırlar, arzu var.
Ataların bir deyimi, ağıllı insanlar düşdükləri vəziyyətdən çıxış yolu tapır, müdriklər belə vəziyyətə düşmürlər. Azərbaycan 2008-ci ildə böhranla üzləşmədisə, bu, müdriklikdən xəbər verir. Bunun bir sübutu da bu gün müzakirə etdiyimiz büdcə layihəsidir”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR