"Bu, anti-Azərbaycan qüvvələrinin yaydığı yalan bəyanatlardır"
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bir neçə Türkiyə mediasında Kürdüstan Fəhlə Partiyasına (PKK) yardım edən ölkələr sırasında guya Azərbaycanın da olması məsələsinə münasibət bildirib. “Vətəninfo.az”-ın məlumatına görə, şöbə müdiri Ə.Həsənov “AzNews.az”-a açıqlamasında deyib ki, Azərbaycan PKK-ya qarşı mübarizədə daim Türkiyənin yanında olduğunu bəyan edib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı müvafiq bəyanat da qəbul edilib və parlament buna qiymət verib: “Əlbəttə bu, anti-Azərbaycan qüvvələrinin bilavasitə yaydığı yalan bəyanatlardır. Hamı yaxşı bilir ki, Türkiyə və Azərbaycan kimi qardaş ölkələri bir-birinə qarşı çevirməyə çalışan qüvvələr mövcuddur.
Bu qüvvələr isə Türkiyədə fəaliyyət göstərən erməni lobbisindən qaynaqlanır. Bildiyiniz kimi, türk adı ilə fəaliyyət göstərən kifayət qədər erməni lobbi təşkilatları var. Bu cür məlumatlar da məhz həmin təşkilatların fantaziyasının məhsuludur və məqsədyönlü şəkildə ortaya atılıb”.
Ə.Həsənov həmçinin qeyd edib ki, bu cür məlumatların Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ərəfəsində gündəmə gətirilməsi də müəyyən məqsədlər daşıyır: “Amma bu kimi məlumatların yayılması Türkiyə-Azərbaycan dostluğuna xələl gətirə bilməz. Bu cür informasiyalar tamamilə yalandır və Azərbaycan hakimiyyəti də bu məlumatları təkzib edir”.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri