Biz diasporda milli birlik modelini yarada bilməsək, gördüyümüz işlər nəticəsiz ola bilər.
Bu sözləri "Veteninfo.az"a“ Azərbaycanın Dostları” Cəmiyyətinin sədri Elman Mustafazadə bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyev çıxışında düzgün olaraq qeyd etdi ki, səfirlik və diaspor təşkilatları işlərini vahid şəkildə qurmalıdırlar. Çünki erməni diasporu bu istiqamətdə fəaliyyət göstərir. Biz gənclər təşkilatlarının yaranmasında maraqlı olmalıyıq və bu işi sürətləndirməliyik.
Xaricdə savadlı və siyasi prosesləri düzgün təhlil edən, həqiqətlərimizlə bağlı erməni diasporuna əsaslandırılmış formada elmi cavab verməyi bacaran gənclərimiz kifayət qədərdir. Onların potensialını diaspor quruculuğu prosesinə cəlb etməliyik.
Xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətinə qəbul olunan sənədlər işlək vəziyyətə gətirilməli və bu gün “özümüz deyib, özümüz eşidirik” prinsipindən əl çəkməyin zamanıdır. O zaman işlərin sürətlə gedəcəyinin şahidi olacağıq” - deyə, Elman Mustafazadə qeyd etdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR