Emin “Ən seksual kişi” seçildi

Emin “Ən seksual kişi” seçildi
"Onunla hətta konsertlərdə səhnəyə də çıxmışam”.
Rusiyanın starhit.ru saytı "Ən seksual kişi və oyuncağı” adlı sorğu keçirib.
Vətəninfo.az Oxu.Az-a istinadla xəbər verir ki, 20 məşhurun arasından siyahıda birinci yeri müğənni-bəstəkar Emin qazanıb.
"Müğənni bu yaxınlarda qibtə ediləcək subaylar sırasına qatılıb - bu ilin mayında onlar həyat yoldaşı Leyla ilə boşanmalarını elan etdilər.
Əgər motosikletlər barədə anlayışınız varsa, 35 yaşlı Eminin xoşuna gəlməkdə şansınız artar. Bu yaxınlarda onun kolleksiyasına eksklüziv U-boat Venenum motorcycle baykı əlavə edilib, modelin dizaynı üzərində keçmiş yarışçı İtalo Fontano işləyib.
"Bu modeli o bir nüsxədə özü üçün düzəltmişdi, mən isə onu mənə satmağa razı saldım. Motosikletin dəlicəsinə sürət yığmasına baxmayaraq mən risk etmirəm və qaydalara əməl edirəm”, - Emin deyir.
Birinci motosikletini Emin 10 il bundan öncə alıb.
"Bu, Harley Davidson idi. Onu Moskvada almışdım və mağazadan onu sürərək getdim. Növbəti – Yamaha - Bakıda aldım, onunla hətta konsertlərdə səhnəyə də çıxmışam” ” -, deyə məqalədə qeyd olunub.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az