Ər arvadını qətlə yetirib-Bakıda

Ər arvadını qətlə yetirib-Bakıda

O, arvadını bıçaqlayaraq öldürüb

Bakıda qətl törədilib.Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, hadisə "Qanlıgöl” ətrafındakı evlərdən birində qeydə alınıb. Orada yaşayan 43 yaşlı  Əkbər Əjdər oğlu Quliyev qısqanclıq zəminində həyat yoldaşı, 42 yaşlı Firuzə Məhəmməd qızı Quliyevanı bıçaqlayıb. Dörd bıçaq zərbəsi alan F. Quliyeva hadisə yerindəcə keçinib.

Hadisəni törədən Ə. Quliyev saxlanılıb. Faktla bağlı Yasamal rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az