“Ərdoğan məndən “Sarı Gəlin”i oxumağı xahiş etdi” –Alim Qasımov Türkiyə prezidenti ilə görüşüb

“Ərdoğan məndən “Sarı Gəlin”i oxumağı xahiş etdi” –Alim Qasımov Türkiyə prezidenti ilə görüşüb
Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Bu barədə Qaynarinfo-ya sənətkarın özü məlumat verib. O bildirib ki, Türkiyə prezidenti konsertdə xanəndədən "Sarı gəlin” mahnısını oxumağı xahiş edib:

"Konsert Dubayda keçirilib. Orada Azərbaycanın böyük bir sərgi layihəsi vardı. Dedilər, tədbirə Türkiyə prezidenti də qatılacaq. Amma qaydalara görə, oturmayacaqdı, gəlib elə keçib-gedəcəkdi. Biz oxuyanda gəldi, baxdı, konsertin sonuna kimi oturdu, bizi dinlədi. Sonra bir "Sarı gəlin” mahnısını da xahiş elədilər. Fərqanə xanımla onu da oxuduq. Sonra səhnəyə çıxıb bizi təbrik elədi və Azərbaycan muğamlarını, musiqisini yüksək qiymətləndirdi”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az