Ərdoğan səlahiyyətlərini təhvil verib – Səbəb

Ərdoğan səlahiyyətlərini təhvil verib – Səbəb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib, bu barədə "Resmi gazete” nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Yaponiyaya səfəri ilə əlaqədardır.
Bildirilir ki, R.T.Ərdoğan 28-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edəcək.
Qeyd edək ki, G20 sammitinə isə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Yaponiya, İspaniya, Sinqapur, Tayland, Misir, Seneqal, Çili, Vyetnam, Hollandiya, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və s. ölkə və təşkilatlar daxildir.
Yaponiya ilk dəfə foruma evsahibliyi edəcək.
Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 14-15 iyun tarixlərində Tacikistanda Asiya Əməkdaşlıq və Münasibətlər Konfransında (CICA) iştirak edərkən səlahiyyətlərini təhvil vermişdi.
//Trend


Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az