Ərdoğanın hücum əmri erməniləri ayağa qaldırıb

Ərdoğanın hücum əmri erməniləri ayağa qaldırıb
Türkiyənin ABŞ-ı Fəratın şərqindən geri çəkməsi və Dövlət Baxçalının atdığı tvitə görə üzr istəməsi ABŞ-dakı erməni lobbisini narahat edib.
 
Publika.az xəbər verir ki, erməni diasporasının soyqırımı iddiaları üçün Senat ilə yaxın münasibətləri olan Erməni Milli Komitəsi (ANCA) ABŞ-ın Türkiyə qarşısında geri addım atmasına görə Tramp Administrasiyasına od püskürüb.
Komitə rəsmi tvitter hesabından ABŞ-ın Gizlı Xidməti, FTB və Vaşinqton Polis Departamentini işarələyərək bəzi paylaşımlar edib.
"Türkiyə 2003-cü ildə İraqa qarşı şimal cəbhəsini əngəlləməkdən 2017-ci ildə Vaşinqonda amerikalıları döyməyə qədər ən son nə zaman ABŞ-dan bir şey üçün üzr istədi” sualları onminlərlə izləyicisi olan hesabda paylaşılan tvitlər arasındadır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az