Vətəninfo.az xəbər verir ki, Türkiyədə bu il keçiriləcək parlamet seçkilərində 12 ildir iqtidarda olan Ədalət və İnkişaf ( AK Parti) Partiyasının parlamentdə hazırda millət vəkili olan 70-dən artıq üzvü yenidən millət əvkili ola bilməyəcək.
Məlumata görə, partiyanın nizamnaməsinə görə,partiyadan üç dəfə millət vəkili seçilən şəxslər yenidən namizəd ola bilməzlər.
Elə buna görə də hakim partiya indidən qarşıdakı seçkilərdə partiya siyahısı ilə seçilməsi mümkün olan şəxsləri müəyyənləşdirməyə başlayıb.
Məlumata görə, AK Partiyanın millət vəkili siyahısında adları ola biləcək şəxslərin başında Türkiyə Respublikası Milli İstibarat Təşkilatının rəhbəri Hakan Fidan gəlir.

Hakan Fidandan sonra isə İstanbul Böyük Şəhər Bələdiyyəsi sədri Qədir Toppaşdır.

AK Partiyanın qarşıdakı seçkilərdə edəcəyi yenliklərdən biri isə, milliyətçə erməni olan və baş nazir Əhməd Davudoğlunun baş məsləhtəçisi Etyən Mahçupyanın namizədliyini irəli sürmək olacaq.

Beləliklə prezident Rəcəb Tayyib Ərdoğanın nəzarətində olan hakim partiyada ilk dəfə olaraq bir erməni Türkiyə Böyük Millət Məclisinə girmək şansı əldə etmiş olacaq.

Qarşıdakı parlament seçkilərində tanınınan simalardan sabiq İstanbul valisi Hüseyin Avni Mutlunun da AK Partidən namizəd olacağı qeyd edilməkdədir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR