Ermənistan yığmasının müxtəlif idman növləri üzrə baş məşqçiləri Birinci Avropa Oyunlarında uğursuz çıxışlarının səbəblərini açıqlayıblar. Gün.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, onlar 26 idmançının iştirak etdiyi Oyunlarda cəmi bir gümüş medal qazanmalarını ölkələrində olan psixoloji təzyiqlə əlaqələndiriblər.
Sambo üzrə baş məşqçi Levon Ayrapetyan deyib ki, məğlubiyyətləri Ermənistandan başlayıb:
“Bizim məğlubiyyətimiz Ermənistandan başladı. Bizi Bakıya getməkdə günahlandırmağa başladılar və bunu milli məsələyə çevirdilər.
Psixoloji təzyiq göstərməyə başladılar. Bəli, uğursuzluğun əsas səbəbini burda görürəm. Elə buna görə də ilk dəfə olaraq sambo üzrə yığmamız vətənə medalsız döndü”.
Sərbəst güləş üzrə məşqçi Araik Baqdadyan isə deyib ki, 2007-ci ildə də Bakıda olublar, amma bu dəfə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu.
“Biz sərbəst güləşdə altı idmançı ilə təmsil olunduq, təəssüf ki, medal qazana bilmədik. İdmançılara haqq qazandırmıram, mən baş məşqçi kimi razı deyiləm”.
Onun sözlərinə görə, Bakıda hər şey onların gözlədiklərindən də daha yaxşı olub.
Boks üzrə baş məşqçi Karen Aqamalyan isə Bakıda anti-erməniliklə heç nə hiss etmədiklərini vurğulayıb:
“Nə Olimpiya kəndində, nə də yeməkxanada. Hər şey normal idi”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL